İranda repressiyalar beynəlxalq səviyyədə PİSLƏNDİ
BMT-nin İnsan Hüquqları Şurası İranda ümumölkə etirazlarının zorakılıqla yatırılmasını pisləyən yeni qətnamə qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətnamə Şuranın təcili iclasında müzakirə olunaraq səsə qoyulub.
Səsvermə zamanı Kuba, Pakistan, Misir və Çin sənədin əleyhinə çıxıb. Qətnamə 25 lehinə, 7 əleyhinə və 14 bitərəf səslə qəbul edilib.
Qətnaməyə əsasən, İranda insan hüquqlarının pozulması üzrə BMT-nin Müstəqil Fakt Araşdırma Missiyasının mandatı iki il, ölkə üzrə İnsan Hüquqları üzrə Xüsusi Məruzəçinin mandatı isə bir il müddətinə uzadılıb.
Sənəddə İranda insan hüquqlarının mövcud durumu “dərin narahatlıq doğuran” kimi qiymətləndirilib. Xüsusilə son etirazların yatırılması zamanı dinc nümayişçilərin, o cümlədən qadın və uşaqların öldürülməsi, çoxsaylı yaralanmalar və minlərlə şəxsin özbaşına saxlanması faktları qeyd olunub.
15:16 24.01.2026
Oxunuş sayı: 555