Bu şəxslər edam olunacaq
ABŞ-də Donald Tramp administrasiyası 25 yanvar tarixində onlarla İran vətəndaşının İslam Respublikasına deportasiyasını planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata əsasən, deportasiya siyahısında İranda cinsi oriyentasiyalarına görə edam cəzası ilə üzləşən iki kişi də yer alır. Həmin şəxslər ABŞ-yə məhz İranda təqib olunduqları və həyatlarına real təhlükə yarandığı üçün sığınıblar. CNN bildirir ki, deportasiya həyata keçirilərsə, onları birbaşa edam riski gözləyir.
Məsələ ilə bağlı ABŞ hökuməti tərəfindən rəsmi şərh verilməyib.
13:08 24.01.2026
Oxunuş sayı: 508