Vaşinqton açıqladı: İran çökür, amma geri çəkilmir
ABŞ Müdafiə Nazirliyi İranın son onilliklər ərzində ən həssas mərhələdə olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat “Milli Müdafiə Strategiyası 2026” sənədində yer alıb.
Sənəddə qeyd olunur ki, ABŞ ordusu “Gecəyarısı Çəkic” adlı əməliyyat nəticəsində İranın nüvə proqramını tamamilə sıradan çıxarıb. Bundan əlavə, “Qaçaq Atlı” əməliyyatı çərçivəsində Husilərin raket imkanlarının zərərsizləşdirildiyi bildirilir.
Vaşinqtonun yeni müdafiə strategiyasına əsasən, region ölkələri ABŞ-nin qabaqcıl hərbi texnologiyaları ilə təchiz edilərək İranın potensial təhlükələrinə qarşı müstəqil müdafiə qabiliyyətlərini gücləndirməlidir.
Bununla yanaşı, hesabatda vurğulanır ki, Tehran diplomatik danışıqlardan imtina edir və bölgədə gərginlik yaratmaq cəhdlərini davam etdirir. ABŞ tərəfi bu davranışın regional sabitlik üçün ciddi risklər yaratdığını qeyd edir.
12:46 24.01.2026
Oxunuş sayı: 513