SEPAH hədələdi: ABŞ bazaları vurulacaq
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı və parlament üzvü İsmail Kövsəri cümə günü bildirib ki, ABŞ-nin İrana qarşı hər hansı hərbi təcavüzü halında Qərbi Asiyada yerləşən Amerika bazalarına “ölümcül zərbələr” endiriləcək.
Crossmedia.az bu barədə "Iran International"a istinadən xəbər verir.
Amerikanın İrana mümkün zərbələri ilə bağlı suala cavab verən Kövsəri qeyd edib ki, “ABŞ hər hansı bir səhv etsə, onların Qərbi Asiyadakı bazaları dərhal hədəfə çevriləcək”.
SEPAH generalının sözlərinə görə, İranın cavabı “öldürücü və çəkindirici” olacaq və regionda yerləşən Amerika hərbi obyektləri əsas hədəflər sırasında yer alacaq. O vurğulayıb ki, Tehran mümkün eskalasiyaya qarşı bütün ssenarilərə hazırdır.
12:31 24.01.2026
Oxunuş sayı: 491