ABŞ Maliyyə Nazirliyi İran neftinin və neft məhsullarının xarici bazarlara ixracında iştirak etdiklərinə görə 9 gəmi və onlarla əlaqəli 8 şirkətə sanksiya tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Sanksiyalar yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının daşınmasında rol alan subyektləri əhatə edir.
Sanksiya siyahısına daxil edilən şirkətlər:
-
Ait Ship Management Company (Hindistan)
-
Benville Shipping Company (Liberiya)
-
Black Rock Oil and Gas Company (Oman)
-
Galran Services Company (Seyşel adaları)
-
Horizon Harvest Shipping Company (Dubay, BƏƏ)
-
Longitude Shipping Company Limited (Marşal adaları)
-
Odyssey Marine Company
-
Trade Bridge Global Company
OFAC-ın bildirdiyinə görə, sanksiyaya məruz qalan 9 tanker və gəmi Palau, Panama və Komor adaları bayraqları altında üzür və İran neftinin daşınmasında istifadə olunub.
ABŞ tərəfi vurğulayıb ki, bu addımlar İranın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.