Rusiyanın dünyada qorxduğu yeganə ölkə hansıdır?
Ağ Evin Siyasət üzrə Baş Qərargah rəisinin müavini Stiven Miller bildirib ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün son dərəcə vacibdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Millerin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın da vurğuladığı kimi, Qrenlandiya təkcə Amerikanın deyil, qlobal təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir. O qeyd edib ki, mövcud sazişlərin müddəalarına əsasən, ABŞ-nin Qrenlandiya ilə bağlı ehtiyac duyduğu imkanlar Amerikanın və dünyanın təhlükəsizliyinin qorunması məqsədilə təmin olunur.
Rusiya amilinə toxunan Miller bildirib ki, Rusiya NATO üzvü olan Avropa ölkələrinin əksəriyyətindən çəkinmir. Onun sözlərinə görə, Moskvanın dünyada qorxduğu və hörmət etdiyi yeganə əsas güc ABŞ-dir.
Ağ Ev rəsmisi vurğulayıb ki, qlobal miqyasda “qaranlıq qüvvələr”, düşmənlər və terrorçu qruplar azad insanların təhlükəsizliyinə real təhdid yaradır və bu təhdidlərə qarşı əsas çəkindirici güc Trampın liderliyi altındakı Amerikadır.
11:47 24.01.2026
Oxunuş sayı: 456