Əbu-Dabi görüşü zamanı Kiyev vuruldu
Əbu-Dabidə danışıqlar aparıldığı vaxt Ukraynanın paytaxtı Kiyev gecə saatlarında birləşmiş hava hücumuna məruz qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Zərbələr zamanı bir neçə bina zədələnib. Vurulan obyektlər arasında "Roshen"ə məxsus fabrikin də olduğu bildirilir.
Hadisə ilə bağlı vəziyyət qiymətləndirilir, mülki infrastruktura dəyən zərərin miqyası dəqiqləşdirilir.
10:43 24.01.2026
Oxunuş sayı: 515