Rəcəb Tayyib Ərdoğan prezidentlikdən gedir
Rəcəb Tayyib Ərdoğan böyük ehtimalla 2028-ci il prezident seçkilərində iştirak etməyəcək. Türkiyə liderinin mümkün varisləri sırasında oğlu Bilal Ərdoğan, kürəkəni – “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, xarici işlər naziri Hakan Fidan və TBMM sədri Numan Kurtulmuşun adları çəkilir.
Crossmedia-az xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.
Hakan Fidanın Ərdoğanın varisi olmaq şansı daha yüksək qiymətləndirilir. Xüsusilə qeyd olunur ki, Fidan Xarici İşlər Naziri təyin olunmazdan əvvəl on ildən artıq müddət ərzində Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib. 44 yaşlı Bilal Ərdoğanın isə bu yarışda şansları nisbətən aşağı dəyərləndirilir.
Rəcəb Tayyib Ərdoğanın hazırda 71 yaşı var. Türkiyə qanunvericiliyinə əsasən, o, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməz. Türkiyə Prezidenti özü də dəfələrlə bəyan edib ki, bu, onun prezident kimi sonuncu müddətidir. Hakan Fidanın əsas rəqibi kimi isə Selçuk Bayraktar göstərilir.
20:55 18.01.2026
Oxunuş sayı: 1445