Qrenlandiyada geosiyasi gərginlik turizm və tikinti sektorlarını çökdürür
ABŞ prezidenti Donald Trampın ikinci müddətinin başlamasından və adanın ələ keçirilməsi ilə bağlı açıqlamalarından sonra Qrenlandiyada iqtisadi fəaliyyət yavaşlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qrenlandiya Biznes Assosiasiyasının baş katibi Den Sivertsen “El Mundo” qəzetinə verdiyi açıqlamada bildirib.
Sivertsen əlavə edib: “Bizneslər sabitlik üzərində inkişaf edir, mövcud geosiyasi vəziyyət fonunda turizm və tikinti sektorlarına investisiya qoyuluşunda tərəddüdlərin artdığını müşahidə edirik.”
23:08 16.01.2026
Oxunuş sayı: 1152