Almaniya Qrenlandiyaya qoşun göndərməyə hazırlaşır
Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, adaya əvvəlcə Bundesver qoşunlarından ibarət qabaqcıl qrup göndəriləcək. Qrup artıq yanvarın 15-də yola düşə bilər.
Rəsmi olaraq Avropadan olan NATO ölkələri Qrenlandiyadakı iştiraklarını genişləndirirlər. Lakin əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir, çünki Qrenlandiyaya nəzarət edən Danimarka da daxil olmaqla, alyansın Skandinaviya ölkələri ABŞ-nin Norfolk şəhərindəki qərargahının komandanlığı altındadır. "Bild" qeyd edir ki, əməliyyatın ABŞ-nin iştirakı olmadan həyata keçirilməsi planlaşdırılır.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib.
23:40 14.01.2026
Oxunuş sayı: 1109