Saleh Səmədovun oğlu vəzifəsindən azad edildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.
12:09 27.10.2025
Oxunuş sayı: 1068