Kürdəmirdə minik avtomobil traktora çırpılıb, ölənlər var- Yenilənib2
Bu gün saat 19:30 radələrində Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Bu barədə Crossmedia.az TƏBİB-ə istinadən xəbər verir.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.(Report)
20:15
Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.
Crossmedia.az xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov, Yusif Hüseynov, ölənlər isə Vüsalə Hüseynova və oğlu Uğur Hüseynovdur.(Report)
19:27
Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var.
Crossmedia.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, üç nəfər həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.(Report)
22:08 25.10.2025
Oxunuş sayı: 1350