AVP-nin qurultayında dava düşüb? - Fəzail Ağamalı deputat qızı ilə oğlunun mübahisəsindən danışdı
Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb. AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub. İddiaya görə Elçin Ağamalı ilə bacısı və atası arasında gərginlik yaşanıb.
Səslənən iddialar barədə Fəzail Ağamalı Crossmedia.az-a açıqlama verib:
"Qurultayda dava düşməyib, yalan söhbətdir. Qurultaya namizədliyin verilməsinə qədər hər şey qaydasında idi. Qurultayın müzakirəsinə Günay Ağamalının, Elçin Ağamalının və daha iki nəfərin də namizədliyi irəli sürüldü. Elçin Ağamalı reqlamenti pozaraq və digər namizədlərin hüququnu nəzərə almadan özü haqqında şişirdilmiş fikirlər söylədi. Partiyanın da ünvanına həqiqəti əks etdirməyən fikirlər ifadə etdi. Digər namizədlərin tərəfdarlarının fikir bildirməsi, səs-küy salmağı məni qurultayda fasilə verməyə məcbur etdi. Qurultay qeyri-müəyyən vaxta qədər fasilədədir. Partiyanın sədri hələ də mənəm. Mənim səlahiyyətlərim növbəti qurultaya qədər öz qüvvəsindədir".
Ayhan
14:54 25.10.2025
Oxunuş sayı: 1466