Azərbaycanda keçmiş partiya sədri həbs olunub
Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.
Bu barədə Crossmedia.az-a onun vəkili Hikmət Əliyev məlumat verib.
Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:
" Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında o həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".(Report)
19:16 24.10.2025
Oxunuş sayı: 759