Mingəçevirdə 35 yaşlı kişi bıçaqlanıb
Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.
Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlu hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-in yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 35 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.(Trend)
23:39 23.10.2025
Oxunuş sayı: 1173