Xalq artisti Ramiz Quliyev vəfat edib

Xalq artisti Ramiz Quliyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Əyyub Quliyev məlumat verib.
Əyyub Quliyev atasının müalicə olunduğu xəstəxanada səhər saatlarında vəfat etdiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
10:13 15.10.2025
Oxunuş sayı: 824