Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
1972-ci il təvəllüdlü S.Allahberdiyev, 1999-cu il təvəllüdlü R.Yusifzadə və 1968-ci il təvəllüdlü E.Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
23:48 13.10.2025
Oxunuş sayı: 728