Deputat Elçin Mirzəbəyli ƏHD Partiyasının üzvlüyündən xaric edilib

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.
Crossmedia.az xəbər verir ki, Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Məlumata görə, E.Mirzəbəylinin müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq belə bir qərar qəbul olunub.
14:29 13.10.2025
Oxunuş sayı: 1289