Qatarda halı pisləşən sərnişin vəfat edib

Qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib.
Crossmedia.az Bakı Metropoliteninə istinadən xəbər verir ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.
09:29 11.10.2025
Oxunuş sayı: 1732