Salyandakı avtoqəzada xəsarət alan altı nəfərdən biri xəstəxanada ölüb -

Salyandakı avtoqəzada xəsarət alan altı nəfərdən biri xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu həkimlərin səyinə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
17:52
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, rayonun Kürsəngi kəndi ərazisində "VAZ-2107" markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri - 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Oruc oğlu, 1996-cı il təvəllüdlü Cəfərova Aytəkin Hafiz qızı, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı və 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğludur.
Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir da qəza nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
16:55
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
Crossmedia.az xəbər vrir ki, rayonun Kürsəngi kəndi ərazisində "VAZ-2107" markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri - 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Oruc oğlu, 1996-cı il təvəllüdlü Cəfərova Aytəkin Hafiz qızı, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı və 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğludur.
Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir da qəza nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
16:03
Salyan rayonunda baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
23:50 07.10.2025
Oxunuş sayı: 824