Bakıda tuneldə 3 maşın toqquşub, xəsarət alan var

Bakıda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.
Tuneldə eyni istiqamətdə hərəkət edən “Mercedes”, “Hyundai” və “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Hundai” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Fakrla bağlı araşdırma aparılır.
13:00 07.10.2025
Oxunuş sayı: 645