Danimarkanın baş naziri Rusiyanın yaratdığı təhlükə barədə xəbərdarlıq edib

"Rusiyanın yaratdığı təhlükə əvvəllər düşündüyümüzdən daha ciddi xarakter daşıyır".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
"Yeganə ekspert Ukraynadır, amma biz heç bir məsələdə kifayət qədər sürətlə hərəkət etmirik", - o bildirib.
Baş nazirin sözlərinə görə, hazırda dünyada pilotsuz uçuş aparatları ilə mübarizə imkanları sahəsində yeganə real təcrübəyə malik ölkə Ukraynadır.
Fatimə Nəzərli
14:50 02.10.2025
Oxunuş sayı: 1592