Rusiya ABŞ-nin Ukraynaya “Tomahavk” tipli raketlər verməsi ilə bağlı iddialara münasibət bildirib

Rusiya ABŞ-nin Ukraynaya “Tomahavk” tipli raketlər verməsi ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Əgər bu raketlərin ötürülməsi gerçəyə çevrilərsə, Rusiya buna müvafiq şəkildə cavab verəcək. Burada əsas məsələ – həmin silahların kim tərəfindən idarə olunacağıdır. Onları ukraynalılar istifadə edəcək, yoxsa amerikalılar? Bu, çox önəmli məqamdır”, – deyə Peskov vurğulayıb.
Kremlin rəsmisi həmçinin bildirib ki, “Tomahavk”ların döyüş meydanında vəziyyəti dəyişdirəcəyi ilə bağlı iddialar həddən artıq şişirdilib:
“ Moskva potensial təhlükələri və iştirakçıları müəyyənləşdirdikdən sonra öz mövqeyini açıqlayacaq”, – deyə o əlavə edib.
Xatırladaq ki, son günlər ABŞ-nin Ukraynaya uzunmənzilli raketlərin verilməsi ilə bağlı müzakirələr apardığı barədə məlumatlar yayılıb.
Fərhad Musayev
14:42 02.10.2025
Oxunuş sayı: 926