Pakistanın baş diplomatı Trampın Qəzza planını rədd etdi

Pakistanın xarici işlər naziri İshaq Dar bəyan edib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 20 bəndlik Qəzza planı “bizim sənədimiz deyil” və İslamabadın əsas təkliflərini əks etdirmir. Nazir atəşkəsin təmin olunmasının və Qəzzaya humanitar yardım göstərilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az bildirir ki, Dar səkkiz müsəlman ölkəsinin Trampın təşəbbüsünü dəstəkləyən birgə bəyanatına diqqət çəkib, lakin danışıqların davam etdirilməsinin zəruriliyini qeyd edib.
Eyni zamanda, Qətərin baş naziri Əl Tani də planda yer alan bəzi məsələlərlə bağlı əlavə izah tələb edib.
Mehriban
11:58 01.10.2025
Oxunuş sayı: 2751