UEFA İsrailin Avropa futbol yarışlarından çıxarılmasını təxirə salıb

UEFA, Trampın Qəzza sülh planının açıqlanması fonunda İsrailin Avropa futbol yarışlarından mümkün çıxarılmasını təxirə salıb.
Daha əvvəl UEFA-nın İsrail komandalarına mümkün qadağa ilə bağlı qərarını bu həftə verəcəyi bildirilirdi. Təşkilatın icraiyyə komitəsi üzvlərinin "böyük əksəriyyəti" qadağanı dəstəkləyib.
Crossmedia.az “The Times”-a xəbər verir ki, UEFA ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə təqdim etdiyi yeni sülh planı fonunda bu məsələ ilə bağlı səsverməni təxirə salıb.
Səkkiz müsəlman və ərəb ölkəsi – Qətər, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, BƏƏ, Pakistan, İndoneziya və Türkiyə artıq münaqişənin sona çatması üçün Trampla əməkdaşlıq edəcəklərini bəyan ediblər. UEFA rəhbərləri qərara gəliblər ki, indi İsrail komandalarına qadağa qoymaq üçün doğru zaman deyil. Lakin İsrail hərbi əməliyyatları davam etdirərsə, gələcəkdə belə sanksiyaların tətbiqi ehtimalı qalır.
11:50 01.10.2025
Oxunuş sayı: 2622