KİV: Trampın Qəzza planı ərəb ölkələrinin narazılığına səbəb olub

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə Qəzza zolağı ilə bağlı 20 maddədən ibarət yeni sülh planını təqdim edib. Planın detalları hələlik tam açıqlanmasa da, onun HƏMAS və bir sıra ərəb və müsəlman ölkələrinin əvvəllər razılaşdırdığı mətnlə əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazır.
Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Türkiyə rəsmiləri planın son variantında edilən dəyişikliklərə görə ciddi narahatlıq ifadə ediblər. Məlumata görə, bu ölkələrin nümayəndələri dəyişikliklərin bölgənin maraqları ilə uyğun gəlmədiyini vurğulayıblar.
Qətər rəsmiləri isə Tramp administrasiyasını planın rəsmi açıqlanmasını təxirə salmağa razı salmağa çalışıblar. Onlar narazılıqların artacağından və bölgədə diplomatik gərginliyin daha da dərinləşəcəyindən ehtiyat edirlər.
11:21 01.10.2025
Oxunuş sayı: 2987