İsrail rəsmisi: Trampın planı İrana bağlı qüvvələrin zəifləməsində əsas addımdır

Dünən İsrailin keçmiş xarici işlər naziri Eli Kohen “Kanal 12”yə müsahibədə Donald Trampın Qəzza müharibəsini bitirməyə yönəlmiş sülh planını müdafiə edib. O, bu təşəbbüsü “İsrailin strateji qələbəsi” adlandıraraq, planın İranın bölgədəki təsir dairəsinin — “İran oxu”nun — zəiflədilməsində mühüm rol oynadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Kohenə görə, planın dörd əsas elementi — HƏMAS-ın tərksilahı, Qəzzanın silahsızlaşdırılması, İsrailin təhlükəsizlik zonasının qorunması və girovların azad olunması — ölkənin təhlükəsizliyini möhkəmləndirəcək.
Sabiq nazir Trampın planını yalnız Qəzza üçün deyil, həm də regionda strateji üstünlüyün bərpası üçün vacib bir addım kimi qiymətləndirib. Onun fikrincə, bu proses İran və proksi qruplarının Yaxın Şərqdəki fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər.
11:20 01.10.2025
Oxunuş sayı: 2377