ABŞ qırıcıları Yaxın Şərqə çatdırılıb

ABŞ-nin onlarla hərbi qırıcı təyyarəsi çoxlu sayda yanacaqdoldurma təyyarəsi ilə birlikdə Qətərdəki ABŞ-nin Yaxın Şərqdə ən böyük aviabazasına çatdırılıb.
Crossmedia.az xəbər verir ki, Amerika mənbələri Netanyahu və Trampın İranla bağlı görüşündən sonra bu aviasiya qüvvələrinin bölgəyə gəlməsini xüsusi olaraq Yaxın Şərqdə yenidən mümkün müharibənin əlaməti kimi qiymətləndiriblər.
11:12 01.10.2025
Oxunuş sayı: 2720