Britaniya 70-dən çox İranlı fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Britaniya hökuməti çərşənbə axşamı bəyan edib ki, İslam Respublikasının nüvə proqramının inkişafındakı roluna görə 70-dən çox iranlı şəxs və təşkilata sanksiya tətbiq edib.
Crossmedia.az xəbər verir ki, siyahıya ölkənin iri bankları, iri neft-qaz şirkətləri və İranın bir neçə sənaye qurumu daxildir.
Bu addım Britaniya, Fransa və Almaniyanın "tətik mexanizmini" işə salmaq və BMT-nin İslam Respublikasına qarşı sanksiyalarını bərpa etmək üçün birgə qərarından sonra atılıb.
Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper açıqlamasında İranın nüvə proqramının "uzun müddətdir ki, beynəlxalq ictimaiyyəti ciddi narahat etdiyini və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını" deyib.
“Dünya birliyi dəfələrlə İrana bu proqramın məqsədləri ilə bağlı etibarlı zəmanət vermək imkanı verib, lakin Tehran bunu etməkdən imtina edib”, - o, əlavə edib.
11:10 01.10.2025
Oxunuş sayı: 2552