Muxtar Babayev: Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsləri 100-dən artıq ölkə dəstəkləyib

Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsləri 100-dən artıq ölkə dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə COP29-da su, kənd təsərrüfatı sahəsində təşəbbüslər üzərində danışıqlar aparılıb:
"Azərbaycanın hazırladığı təşəbbüsləri 100-dən artıq ölkə dəstəkləyib. Bu təşəbbüsləri COP30-da da davam etdirəcəyik".
10:00 01.10.2025
Oxunuş sayı: 1387