Bu ərazilərdə qaz olmayacaq

Paytaxtın
Səbail rayonu ərazisində yerləşən "Gülüstan" qaz xəttində
quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar,
oktyabrın 1-də, saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz
xəttində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə
"Azəriqaz" İB məlumat yayıb.
Bildirilib
ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında
fasilə yaranacaq.
23:07 30.09.2025
Oxunuş sayı: 633