Nigerin Baş naziri Fransanı ittiham etdi

BMT Baş Assambleyasının 80-ci sessiyasında Nigerin keçid hökumətinin baş naziri Lamin Zeyn Ali Mahaman tarixi çıxış edərək Fransanı Səhil regionunu illərlə qeyri-sabitləşdirməkdə günahlandırıb.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, baş nazir Parisə qarşı bu ittihamları səsləndirib:
terrorçu qrupları təlimləndirmək, silahlandırmaq və maliyyələşdirmək;
dezinformasiya kampaniyaları aparmaq;
etnik gərginliyi qızışdırmaq və qonşu ölkələrlə ədavət yaratmaq;
iqtisadi və maliyyə təzyiqləri göstərmək.
O, Fransadan müstəmləkə cinayətlərini etiraf edib üzr istəməsini tələb
edib. Zeyn, həmçinin, tarixçi və alimlərdən ibarət milli komissiyanın yaradıldığını
elan edib.
Həmçinin, baş nazir Nigerin uran yataqları üzərində suverenliyini bərpa
etdiyini vurğulayaraq, ölkənin artıq Rusiya, Çin və Türkiyə ilə yeni tərəfdaşlıqlar
qurduğunu bildirib.
Fatimə Məmmədova
21:35 30.09.2025
Oxunuş sayı: 705