Hindistanda müsəlman gənc bütlərə səcdəyə məcbur edildi

Hindistanın cənub bölgələrində bir
qrup hindistanlı ekstremistin müsəlman gənci öz hindu tanrılarının heykəli
qarşısında səcdəyə məcbur etdiyi bildirilir. Bu hadisə sosial mediada narazılıq
doğurub.
Crossmedia.az xəbər verir ki, Zorakılığın məqsədinin gənci dini
inancına zidd olaraq alçaltmaq və psixoloji basqı etmək olduğu vurğulanıb.
Hüquq müdafiəçiləri Hindistan hökumətini
ictimai asayişi qorumağa, cinayətkarları tapıb məsuliyyətə cəlb etməyə çağırırlar
və bunu “dini azadlıqların pozulması” kimi dəyərləndirirlər. (Fararu)
20:41 30.09.2025
Oxunuş sayı: 940