İran xarici banklardan bütün vəsaitlərini geri çəkib

Dünən İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Həmid Qənbəri bildirib ki, İran Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Crossmedia.az xəbər verir ki,onun sözlərinə görə, Avropa İttifaqının “snapback” mexanizmi çərçivəsində bərpa edilən sanksiyalar gözlənilən idi.
“Banklar bu addımı əvvəlcədən planlaşdırıb, buna görə də həmin hesablar
ya boşaldılıb, ya da yalnız minimum vəsait saxlanılıb. Əhəmiyyətli məbləğdə heç
bir vəsait bloklanmayıb”, - deyə, Qənbəri vurğulayıb.
Onun dediyinə görə, #Aİ tərəfindən İrana qarşı tətbiq edilən sənədlər
bir neçə kateqoriyaya - insan haqları, hərbi və nüvə proqramı ilə bağlı
sanksiyalar bölünür. Hazırda bərpa olunan məhdudiyyətlər nüvə #sanksiyalarına əsaslanır.
“ABŞ JCPOA-dan çıxdıqdan sonra Avropa şirkətləri də İran bankları və
şirkətləri ilə əlaqələri kəsdi. Bu səbəbdən yeni qərarların ciddi təsiri
olmayacaq”, - deyə, o, vurğulayıb.
20:32 30.09.2025
Oxunuş sayı: 1138