Netanyahu Trampın yanında Qətərdən üzr istəyib

Dünən İsrailin baş naziri Benyamin Netanyahu qətərli həmkarı ilə telefon əlaqəsi saxlayaraq Dohaya edilən son hava hücumuna görə üzr istəyib.
Crossmedia.az xəbər verir ki, İsrail mətbuatının
məlumatına görə, telefon danışığı ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirilən
görüş zamanı baş tutub.
Tramp həmin gün Netanyahunu Vaşinqtonda qəbul edib. Danışıqlar zamanı əsas
mövzular Qəzza zolağında mümkün atəşkəs razılaşması və İranla bağlı regional gərginlik
olub.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında Qəzzada atəşkəsin əldə
olunacağına "çox əmin olduğunu" bildirib və bu istiqamətdə diplomatik
səylərin davam etdirildiyini vurğulayıb.
20:24 30.09.2025
Oxunuş sayı: 1249