Əraqçı: Qəzzada davamlı sülh fələstinlilərin hüquqlarından keçir

İranın xarici işlər naziri Abbas Əraqçı CNN telekanalına müsahibəsində bildirib ki, Qəzzada sülhə nail olmaqdan ötrü beynəlxalq ictimaiyyət bu bölgədə baş verən cinayətlərə son qoymaq üçün əməkdaşlıq etməlidir.
Crossmedia.az xəbər verir ki, o, vurğulayıb ki,
son illərdə təqdim olunan yüzlərlə plan arasında yalnız fələstinlilərin öz müqəddəratını
təyinetmə hüququnu tanıyan yanaşma davamlı ola bilər.
Aparıcı nazirdən soruşub: “ABŞ prezidenti Donald Tramp və İsrailin baş
naziri Benyamin Netanyahu Qəzza üçün 20 bəndlik sülh planı üzərində razılığa gəliblər.
HƏMAS isə hələlik bu razılaşmanı qəbul etməyib. Planı gördünüzmü? Sizcə HƏMAS
bunu qəbul etməlidir?”.
Əraqçı cavabında bildirib: “Biz bu planı gördük və HƏMAS, habelə fələstinli
tərəflərin mövqeyini gözləyirik. Əsas məsələ Qəzzada baş verənlərə son qoymaq və
fələstinlilərin hüquqlarını tanımaqdır”.
05:21 01.10.2025
Oxunuş sayı: 990