Xameneyinin müşaviri: Rusiya İsraillə müharibədə İrana hərbi yardım göstərməyib

İranın ali rəhbəri Əli Xameneyinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi
İsraillə 12 günlük müharibə barədə danışaraq bildirib ki, bu müddət ərzində
Rusiya yalnız siyasi dəstək göstərib və İrana heç bir hərbi yardım etməyib.
Crossmedia.az xəbər verir ki, o, Rusiyanın bu mövqeyini ölkədəki yəhudi əsilli vətəndaşlarla əlaqələndirib.
“Rusiyanda çoxlu yəhudi əsilli vətəndaşlar var və bu məsələ Moskvanın rəsmi
mövqeyinə təsir göstərib”, - deyə Səfəvi vurğulayıb.
20:16 30.09.2025
Oxunuş sayı: 1348