NYT: ABŞ Tehranla razılaşmadan sonra iranlıları deportasiya etdi

Dünən ABŞ hökuməti təxminən 100 iranlını ölkədən deportasiya edib. “The
New York Times”ın məlumatına görə, Luizianadan havaya qalxan xüsusi təyyarə Qətər
üzərindən İrana yola salınıb və bu, son illərdə iranlıların ən böyük kütləvi
deportasiyası kimi qiymətləndirilir.
Crossmedia.az-ın xarici mənbəyə istinadən məlumatına görə qəzet yazır ki Vaşinqton uzun müddətdir diplomatik əlaqələrin olmaması
və sənədləşmə problemləri səbəbindən İrana deportasiyadan yayınırdı. Ancaq bu
hal Amerika və İran arasında aparılan pərdəarxası danışıqlar nəticəsində mümkün
olub. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin bu şəxslərin geri
qaytarılmasını koordinasiya etdiyi açıqlanıb. (Gənc Reportyorlar Klubu)
İran rəsmiləri bu addımı nadir əməkdaşlıq nümunəsi kimi qiymətləndirib.
Jurnalistlər isə deportasiya edilən şəxslərin doğma ölkələrində üzləşə biləcəyi
potensial risklərə baxmayaraq, əməliyyatın həyata keçirildiyini vurğulayırlar.
20:12 30.09.2025
Oxunuş sayı: 1055