Netanyahu: Tramp İsrailin ən böyük dostudur

İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Donald Trampın İsrailə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, o, Trampın liderliyini və dostluğunu yüksək qiymətləndirərək, onu Ağ Evdə
İsrailin "ən böyük dostu" adlandırıb.
“Qüdsdən Tehrana, Qolan təpələrindən Qəzzaya qədər siz dəfələrlə dediklərimi
sübut etdiniz: Siz Ağ Evdə İsrailin ən böyük dostusunuz", – deyə,
Netanyahu çıxışında bildirib.
20:06 30.09.2025
Oxunuş sayı: 703