Bloomberg: Çinin Qingdao limanı gəmilərin İran neftini daşınmasına qarşı məhdudiyyətlər hazırlayır

Bloomberg xəbər verir ki, bu addım İrandan və digər "həssas tədarükçülərdən"
sanksiyaya məruz qalmış nefti daşıyan gəmilərə qarşı yönəlib. Kepler analitik
şirkətinin məlumatına görə, Qingdao limanı İran neftinin Çinə daxil olması üçün
əsas mərkəz hesab olunur.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, noyabrın 1-dən qüvvəyə minəcək məhdudiyyətlərə əsasən, yaşı 30-dan
yuxarı olan gəmilərin yanalmalarına qadağa qoyulacaq. Bu, etibarlı
sertifikatları olmayan və ya Beynəlxalq Dəniz Təşkilatının identifikatorlarını
dəyişdirmiş gəmilərə də aiddir.
Limana gələn digər gəmilər risk profilinə əsasən qiymətləndiriləcək və
bu, gəminin yaşı və sığorta təminatına təsir edəcək.
19:50 30.09.2025
Oxunuş sayı: 822