Ermənistan MN qadın taborundakı qalmaqalı təsdiqlədi: Ləyaqətimizi və şərəfimizi alçaldırlar

Müqaviləli erməni hərbçi Hərbi Polisə aşkar cinayət barədə məlumat təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İrəvanın hərbi hissələrindən birinin qadın taborunda baş vermiş hadisə” ilə bağlı KİV-in sorğularına cavab olaraq bildiririk ki, cari ilin sentyabrın 23-də “N” hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Ermənistan MN-in Hərbi Polisində aşkar cinayət barədə məlumat təqdim edib, bu, cinayət işi başlanılması məsələsini həll etmək məqsədilə ilkin istintaq orqanına göndərilib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl erməni qadın hərbçi erməni jurnalist Qaqik Şamşiyana müsahibəsində demişdi:
“Hamının qadın olduğu bizim hərbi hissədə rəis özünə üstünlük verib və bizimlə necə istəyirsə, elə davranır, elə danışır. Hətta məşqlər zamanı hamilələri məcbur edirlər ki, zirehli gödəkcə və silah, sursat götürüb, 3 və ya 10 km qaçsınlar. Bizim hərbi hissədə komandanlıq qoşunla çox pis rəftar edir. Ləyaqətimizi və şərəfimizi alçaldırlar.
Bir dəfə məcbur olub hərbi hissəni tərk
etmişəm ki, Ermənistan Müdafiə Nazirliyinə gedim və baş verənləri xəbər verim,
amma yolda mənə Hərbi Polisdən zəng etdilər və getdim, hər şeyi danışdım. Onlar
dedilər ki, rəisə qarşı cinayət işi açılacaq, amma “araba yerindən tərpənmədi”.
Bizim hərbçilər qorxudan indiyədək şikayət etməyiblər, amma hamı narazıdır.
Bizim zabit heyəti isə bizə hətta deyir ki, onları Hərbi Polislə qorxutmayaq,
çünki heç nə edə bilməzlər”.
19:20 30.09.2025
Oxunuş sayı: 926