Ukrayna hərbçiləri Danimarkaya gəlib

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə və dron əməliyyatlarında ixtisaslaşmış hərbçiləri Danimarkaya gəlib.
Crossmedia.az xəbər verir ki, onlar yeni elan olunan “Wings of Defense” adlı birgə əməliyyat çərçivəsində Danimarka Silahlı Qüvvələrinin şəxsi heyətinə təlimlərdə kömək göstərəcəklər.
Bundan əlavə, hərbçilər bu həftə Kopenhagendə keçiriləcək Avropa İttifaqı Sammiti zamanı həm Danimarka, həm də NATO qüvvələrinə Danimarkanın hava məkanının müdafiəsində dəstək verəcəklər.
Sevinc Yarməmmədova
20:55 30.09.2025
Oxunuş sayı: 1311