Füzuli Dram Teatrının direktoru komaya düşüb

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komaya düşüb.
Bu barədə Crossmedia.az-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, hazırda atasının müalicəsi özəl klinikalarının birində davam etdirilir.
"Hələ ki konkret diaqnoz yoxdur. Atam süni tənəffüs aparatına qoşulub", - o əlavə edib.
16:09 30.09.2025
Oxunuş sayı: 742