Estoniya Rusiya və Latviya ilə sərhədlər boyunca uçuş qadağasını uzadıb

Estoniya hakimiyyəti Rusiya və Latviya
ilə sərhədlər boyunca 1 km-ə qədər hündürlükdə axşam və gecə saatlarında
uçuşlara tətbiq edilən qadağanı oktyabrın 23-ə qədər uzadıb.
Crossmedia.az
xarici mənbələrə istinadən xəbər verir ki, bunu ölkənin hava hərəkətinə
nəzarət xidmətlərindəki mənbə bildirib.
Qadağa 19 sentyabrda qüvvəyə minib və
əvvəlcə sentyabrın 30-a qədər nəzərdə tutulmuşdu.
"Müəyyən olunmuş vaxtlarda bütün
hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd
xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır", - mənbə
deyib.
Məlumata görə, məhdudiyyət hər gün saat
17:00-dan (Bakı vaxtı ilə saat 21:00) 04:00-dək (Bakı vaxtı ilə 08:00) qüvvədə
olacaq.
Qeyd edək ki, bundan əvvəl qonşu Latviya
da ölkə sərhədləri, o cümlədən Rusiya və Belarusla sərhədlər üzərində hava
məkanını gecə saatlarında bağlamaq qərarına gəlib. Burada söhbət 6 km-ə qədər
hündürlükdə uçuşlardan gedir.
00:13 30.09.2025
Oxunuş sayı: 896