ABŞ Prezidenti: Toni Bleyer Qəzzaya nəzarət orqanına qoşulacaq

Böyük Britaniyanın keçmiş baş naziri
Toni Bleyer ABŞ Prezidenti Donald Trampın rəhbərlik edəcəyi yeni beynəlxalq
keçid orqanı olan "Sülh Şurası"na qoşulacaq.
Crossmedia.az
xarici mənbələrə istinadən xəbər verir ki, bunu Tramp İsrailin Baş naziri Binyamin Netanyahu
ilə birgə mətbuat konfransında deyib.
Vaşinqtonun Qəzza zolağı ilə bağlı
təklif etdiyi sülh planına əsasən, "Sülh Şurası" anklavı idarə etmək
həvalə olunacaq qeyri-siyasi Fələstin Komitəsinə nəzarət edəcək. Bu komitə
fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət olacaq.
"Biz şuraya digər ölkələrin
rəhbərlərini, o cümlədən tanınmış liderləri daxil edəcəyik və şura yaradacağıq.
Şurada olmaq istəyənlərdən biri də Böyük Britaniyanın keçmiş baş naziri Toni
Bleyerdir. O, yaxşı insandır, çox yaxşı insandır. Eləcə də digərləri.", -
Tramp deyib.
23:55 29.09.2025
Oxunuş sayı: 721