Deputat səyyar vətandaş qəbulu keçirib


28 sentyabr tarixində deputat Pərvanə Vəliyeva
H.Z.Tağıyev adına kombinatın klubunda, 35 saylı Xətai 3-cü seçki dairəsində
yaşayan sakinlər üçün səyyar vətəndaş qəbulu keçirib.
Crossmedia.az xəbər verir ki, qəbula müxtəlif həssas qruplardan: şəhid ailə üzvü, qazilər, təqaüdçülər, ahıllar, sağlamlıq imkanları məhdud şəxslər və s. yaxınlaşaraq müraciətlərini bildiriblər. Vətəndaşların qaldırdıqları məsələlər dinlənilib, ərizələri qəbul edilib.
Onların araşdırılıb qanunvericiliyə uyğun baxılması məqsədilə tərəfimizdən
aidiyyatı qurumlara müraciət olunacaqdır.
Qeyd edək ki, bu, deputatın sentyabr ayı ərzində keçirdiyi 5-ci vətəndaş qəbulu idi. Növbəti vətəndaş qəbulu isə 9 oktyabr tarixində baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
17:39 28.09.2025
Oxunuş sayı: 2110