Xəzər dənizində zəlzələ olub

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
09:06 24.09.2025
Oxunuş sayı: 2531