Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək ölüb - YENİLƏNİB

20:05
Ağdam rayonunda mina hadisəsi baş verib
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
19;03
Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndi ərazisində, keçmiş neytral sahədə baş verib.
Hazırda S. Əhmədovun nəşinin götürülməsi üçün işlər aparılır.
20:05 23.09.2025
Oxunuş sayı: 3486