KİV: Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
Crossmedia.az xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb. (Gununsesi)
16:19 23.09.2025
Oxunuş sayı: 1109