Ağdamda minik avtomobili yanıb

Ağdamda minik avtomobili yanıb.
Crossmedia.az xəbər verir ki, yanğın hadisəsi Quzanlı Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hümmətalıyeva Dürdanə Hidayət qızına məxsus hərəkətdə olan "Chevrolet" markalı 35 BN 249 dövlət qeydiyyat nişanlı avtomobil anidən alovlanıb.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 maşını və şəxsi heyəti cəlb olunub. Yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb
20:51 22.09.2025
Oxunuş sayı: 829